20 Oktyabr , 2017, 03:07

       
Qiymətləndirmə fəaliyyətində ən çox tələb olunan qiymətləndirmə istiqaməti əmlak bazarının böyük həcmini təşkil edən yaşayış təyinatlı daşınmaz əmlaklardır. Yaşayış təyinatlı əmlak dedikdə, çoxmənzilli binlarda mənzillər, fərdi yaşayış evləri, iri həcmli mülklər (villalar), bağ evləri nəzərdə tutulur. Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi müxtəlif səbəblər, xüsusilə aşağıdakı hallar üçün tələb edilir.  

  • Alqı-satqı (xüsiilə də dövlət ipoteka kreditləşməsi üzrə) zamanı
  • Əmlakın girov predmeti olaraq qiymətləndirilməsi
  • Əmlakın bölünməsi
  • Mənzilin nizamnamə kapitalına daxil edilməsi
  • Əmlakın vergiyə cəlbtemə məqsədi ilə qiymətləndirilməsi
  • Mənzilin sığortalanması
  • Mənzilin miras kimi dəyərinin qiymətləndirilməsi.
  • Əmlakın məhkəmə mübahisələri zamanı qiymətləndirilməsi.

 Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi zamanı real dəyərin dəqiq müəyyən edilməsi üçün bir çox amillər nəzərə alınır. Bu amillər həmçinin öz növbəsində əmlakın növünə uyğun olaraq əsas götürülür. Ümumilikdə yaşayış təyinatlı daşınmaz əmlakın dəyərinə təsir edən əsas amillər aşağıdakılardır.  

Qiymətləndirici aşağıdakı amilləri nəzərə alıb:

  • Obyektin tipi;
  • Obyektin istismara verildiyi il;
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional);
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti;
  • Yerləşdiyi mərtəbə (yaxud mərtəbəliliyi);
  • Ümumi sahə;
  • Eyvanların sayı və sahəsi;
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi;
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat);
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi);
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi,
  • Gediş-gəliş yolunun vəziyyəti;
  • Obyektin yaşayış məntəsində yerləşmə mövqeyi;
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.

 

 

FAYDALI LİNKLƏR