20 Aprel , 2024, 06:02

Qiymətləndirmə fəaliyyətinin ən məsuliyyətli işlərindən biri kommersiya (biznes) təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsidir. Belə ki, kommersiya təyinatlı obyektlər adətən iri həcmli əmlaklar olmaqla yanaşı, gəlirgətirmə imkanları onun dəyərinin formalaşmasında əsas rol oynayır. Bu mənada kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi bir çox nüansları nəzərə almağı zəruri edir ki, bu da qiymətləndiricidən xüsusi bilik bə təcrübə tələb edir.   

Kommersiya təyinatlı daşınmaz əmlaklara aşağıdakı əmlak növləri aid oluna bilər:

  • İri müəssisələr
  • İstehsalat sahələri
  • Əyləncə və istirahət kompleksləri
  • Biznes mərkəzlər
  • Restoranlar
  • Supermarketlər
  • Şadlıq sarayları
  • Otellər
  • Yanacaqdoldurma məntəqələri
  • Digər kommersiya obyektləri

Kommersiya təyinatlı daşınmaz əmlaklarım qiymətləndirilməsi zamanı aşağıdakı məqamlar əsas götürülür:

  • Obyektin tipi
  • Obyektin istismara verildiyi il
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional)
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti
  • Mərtəbəliliyi 
  • Ümumi sahəsi
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat)
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi);
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi
  • Gediş-gəliş yolunun vəziyyəti
  • Obyektin yaşayış məntəsində yerləşmə mövqeyi
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.

 

FAYDALI LİNKLƏR