“Property” MMC Qiymətləndirmə şirkəti Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə kredit təşkilatları ilə yanaşı, dövlət təşkilatlarının, hüquqi şəxslərin və fiziki şəxslərin sifarişləri əsasında 7000-dən çox daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi işi həyata keçirib. Sifarişçilərimiz sayı yüzlərlə olduğundan daimi əməkdaşlıq etdiyimiz təşkilatlardan aşağıdakıları qeyd edə bilərik.
Kredit təşkilatları
(Aşağıdakı kredit təşkilatları əməkdaşlıq çərçəvəsində dövlət ipoteka kreditləri və biznes kreditlərinin verilməsi zamanı girov predmeti olan daşınmaz əmlakın qiymətləndirməsi aparılıb)
Dövlət təşkilatları
Əmlak Məsələləri Dövlət Komitəsi
“Property” MMC hazırda ölkə Prezidentinin Fərmanına əsasən dövlət əmlakının özəlləşdiilməsi üzrə daşınmaz əmlakların qiymətləndirilməsi prosesi çərçivəsində aşağıda göstərilən dövlət əmlaklarının qiymətləndirilməsini həyata keçirir
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
“Property” MMC DƏDRX ilə əməkdaşlıq çərçivəsində məhkəmə orqanları tərəfindən təqdim edilən müxtəlif tipli mübahisəli əmlakların qiymətləndirilməsi işlərini həyata keçirir.
Nəqliyyat və Rabitə Nazirliyi
“Property” MMC Nazirliyin strukturuna daxil olan müəssisələrə məxsus müxtəlif təyinatlı əmlakların fərqli məqsədlər üçün qiymətləndirilməsini həyata keçirir. Son həyata keçirilən işlər aşağıdakılardan ibarət olub:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu
“Property” MMC ADİF tərəfindən ləğvetmə prosesində olan banklara məxsus müxtəlif təyinatlı əmlakların qiymətləndirilməsi prosesində müstəqil qiymətləndirici olaraq iştirak edir.
Hüquqi şəxslər
Şirkətimiz tərəfindən aşağıda göstərilən hüquqi şəxslərə məxsus böyük ticarət binaları və əsas vəsaitlərinin (nəqliyyat vasitələri, texniki avadanlıqlar, mebel avadanlıqları və s.) qiymətləndirilməsi işi həyata keçirilib.