RUB 0.0303
EUR 1.8490
USD 1.7475
26 Fevral , 2017, 00:21

Qiymətləndirmə zamanı obyektin həqiqiliyini təsdiq etmək məqsədilə müvafiq əmlaklar üzrə aidiyyatı hüquqi sənədlər tələb olunur. Müvafiq sənədlərə əsasən əmlakın eyniləşdirilməsi aparılır. Konkret əmlak seqmentlərinə uyğun olaraq aşağıda göstərilən sənədlər tələb olunur.  

Qiymətləndirilən daşınmaz əmlak binada mənzil olduqda

  • Qiymətləndirilən daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış və ya istisna hallarda şəhadətnamələr, qeydiyyat vəsiqəsi, dövlət aktı və mülkiyyət hüququnu təsdiq edən digər sənədlər). 
  • Daşınmaz əmlak obyektin texniki pasportu.

 Qiymətləndirilən daşınmaz əmlak kommersiya məqsədli (təyinatlı) qeyri-yaşayış obyekti olduqda

  • Qiymətləndirilən daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış və ya istisna hallarda şəhadətnamələr).
  • Daşınmaz əmlak obyektin texniki pasportu.

 Qiymətləndirilən obyekt fərdi yaşayış və bağ evi olduqda

  • Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış. 
  • Mülkiyyət hüququnu təsdiq edən sənəd qeydiyyat vəsiqəsi olduqda evin yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını təsdiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış
  • Və ya istisna hallarda keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı, torpağın ayrılması ilə bağlı sərəncam, alqı-satqı müqaviləsi və qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd).
  • Daşınmaz əmlak obyektin texniki pasportu.

 Qiymətləndirilən daşınmaz əmlak yalnız sərbəst torpaq sahəsi olduqda

  • Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış,
  • Və ya keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı, torpağın və torpaq sahəsinin planı və ölçüsü (texniki pasportu).

 Qiymətləndirilən daşınmaz əmlak növü əmlak kompleksi olduqda

  • Bina və tikililərə, ötürücü qurğulara mülkiyyət hüququnu təsdiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış və şəhadətnamə).
  • Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış, Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı,).
  • Əmlak kompleksi kimi müəssisənin, bina, tikili, qurğu və avadanlıqların texniki pasportları.
  • Əsas vəsaitlərin siyahısı (inventarizasiya aktı).
  • Zəruri hallarda kompleks üçün alınmış mal-materiallara dair alqı-satqı sənədləri (forma 2).

 Qiymətləndirilən əmlak qaraj, istixana, anbar və digər yardımçı tikililər olduqda:

  • Əmlaka dair hüquqları təsdiq edən sənədlər.
  • Əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqi və texniki sənədlər (plan, cizgi).
  • Əmlakın icarə müqaviləsi.
  • Əmlakın tikintisi üzrə eskiz və layihə sənədləri.

 

Qiymətləndirilən əmlak avtomobil olduqda:

  • Nəqliyyat vasitəsinin texniki pasportu
  • Nəqliyyat vasitəsi Dövlət Yol Polisində qeydiyyata alınmayıbsa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qeydiyyatından keçməsi barədə arayış
  • Qiymətləndirilən avtomobillərin (əgər onların sayı 1-dən çoxdursa) siyahısı;
  • Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.).

 Qiymətləndirilən əmlak müəssisə (zavod, fabrik və s.) olduqda:

  • Mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamənin, qiymətli kağızların reyestrindən çıxarışın surəti.
  • Mülkiyyət hüququnun əsasları olan sənədlərin surəti.
  • Texniki pasportun surəti.
  • Əsas vəsaitlərin, ehtiyatların, materialların, debitor və kreditor borcların inventarlaşdırılması aktı.
  • Auditor rəyi.
  • Texniki vəziyyət aktı ilə avadanlığın texniki pasportlarının surəti.
  • Binanın yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və ya digər hüquqları təsdiq edən haqqında sənədlərin (sahənin ayrılması yaxud icarə müqaviləsi) surəti.
  • Maşın və avadanlıqların yüklülüyünün olmaması barədə arayış.
  • Daşınmaz əmlakın, maşın və avadanlıqların tam balans və qalıq dəyəri, balansa qəbul edilməsi ili haqqında arayış.
  • Qoşulma nöqtələrinin və əsas texniki parametrlərin (diametr, uzunluq, kabelin markası) göstərilməklə mühəndis şəbəkələrinin texniki vəziyyəti haqqında arayış.

 

 Bütün hallarda sifarişçinin şəxsini təsdiq edən sənəd:

  • Sifarişçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.).
  •  Hüquqi şəxs olduqda - Vergi orqanından qeydiyyatdan keçməklə bağlı Çıxarış, VÖEN

 

 

 

FAYDALI LİNKLƏR