23 Aprel , 2024, 19:36
Tikinti sektoru zəifləyəcək
Dek 02, 2016 | 20:38 /

Azərbaycanda dövlət investisiyalarına əsaslanan iqtisadi inkişaf modelindən özəl investisiyalara əsaslanan modelə keçidlə bağlı tikinti sektorunda azalma gözlənilir.

Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 2017-ci il üzrə büdcə zərfinin müzakirəsinə həsr edilmiş İnsan hüquqları, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxışında bildirib. 

"İKT sahəsində sahəsində artım birrəqəmli olacaq, 6-7% ətrafında artım gözləyirik. Həmçinin, tikinti sektorunda azalma gözləyirik. Bu da dövlət investisiyalarına əsaslanan modeldən özəl investisiyalara əsaslanan modelə keçidlə bağlıdır. Dövlət investisiyalarının həcmi azalır", - deyə nazir müavini qeyd edib.

Bununla yanaşı, S.Həsənova sosial məsələlərin diqqət mərkəzində olacağını bildirib: "Məşğulluq - 2017-ci ilin büdcə layihəsində prioritet məsələdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə xidmət artırılacaq".

FAYDALI LİNKLƏR