20 Oktyabr , 2017, 03:09
Cocuq Mərcanlı kəndində 150 evdən ibarət yeni qəsəbə tikiləcək
Fev 15, 2017 | 15:12 /

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaxın zamanlarda 150 evdən ibarət yeni qəsəbənin tikintisinə başlanacaq.

Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə məlumat verib. Baş nazirin müavini bildirib ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda işğaldan azad olunmuş kəndlərə qayıdış başlayıb, ermənilər isə Qarabağdan kütləvi köç edirlər.

FAYDALI LİNKLƏR