19 Aprel , 2024, 08:18

Bu gün hər bir şirkətin inkişaf perspektivləri onun investisiya cəlbediciliyindən, cari fəaliyyətinin aktiv idarə edilməsi və gələcək proseslərin düzgün planlaşdırılmasından asılıdır. Lakin heç də bütün hallarda şirkətlər özlərinin fəaliyyət planını düzgün qurmağa nail olmurlar. İnvestisiya cəlbediciliyini dəqiq müəyyən edə bilməyən şirkət bunun üçün xüsusi biznes plana sahib olmalıdır.  

Bunun üçün şirkəti fəaliyyətinin hərtərəfli tədqiqi aparılmalı, mövcud fəaliyyəti və real vəziyyəti müəyyən etməklə gələcək inkişaf perspektivlərini proqnozlaşdırılması lazımdır.      

Bunları nəzərə alaraq, şirkətimiz Sizə aşağıdakı xidmətlərini təklif edir:

  • Potensial bazarın strukturunu, həcmini və tələblərini müəyyən etmək məqsədilə marketinq tədqiqatlarının aparılması.
  • Marketinq, logistik, təşkilati, maliyyə məsələlərinin və mövcud biznesə inteqrasiya məsələlərinin işlənilməsini, habelə layihənin səmərəliliyinin müəyyənləşdirilməsini əhatə edən biznes-planın işlənib hazırlanması. 
  • Layihənin reallaşdırılması ilə bağlı risklərin təhlili, nəzərə alınması və onların azaldılması üzrə tədbirlərin işlənib hazırlanması.

Bu xidmətlər biznes fəaliyyətinin bir çox istiqamətlərini - istehsal, xidmət sahələrini, kənd təsərrüfatı və heyvandarlıq, turizm, laqostika xidmətləri, tikinti sektoru və digər sahələri  əhatə edir.

 

 

FAYDALI LİNKLƏR