25 Aprel , 2024, 23:47
Vergi borcu olan şəxsin əmlakı necə satıla bilər?
İyn 19, 2017 | 15:20 /

Nazirlər Kabineti “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili Qaydaları”nı təsdiq edib.

Bu Qaydalar vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydalarını müəyyən edir.

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) müqavilə əsasında təşkil edilir. Bir qayda olaraq, siyahıya alınmış daşınar əmlakın hər birinin ayrı-ayrılıqda dəyəri 5000 manatdan artıq deyildirsə, həmin əmlakın ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının həyata keçirilməsi məqsədi ilə icra məmurları tərəfindən sifarişlər verilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı ticarət şəbəkəsində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) 3 ay ərzində satılmadıqda onun qiyməti 20 faizə qədər, bundan sonrakı 2 ay ərzində satılmadıqda isə 40 faizə qədər icra məmuru ilə yazılı şəkildə razılaşdırılmaqla aşağı salına bilər. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı ticarət şəbəkəsində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) 6 ay ərzində satılmadıqda, həmin əmlakın satışı dayandırılır və bu zaman icra məmuru tərəfindən verilmiş sifariş qüvvədən düşür. Siyahıya alınmış əmlak icra məmuru tərəfindən təhvil-təslim aktı ilə geri alınır. Satılmayan əmlaklar barədə məlumatlar satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkəsinin istifadəsində olan rəsmi internet saytından çıxarılır.

Vergi ödəyicisinin siyahıya alınmış daşınmaz əmlakı, qiymətli kağızları və mədəni irs nümunələrinin ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışı həyata keçirilə bilməz.

FAYDALI LİNKLƏR