27 Aprel , 2024, 00:49

         

Qiymətləndirmə fəaliyyətinin digər əsas istiqamətlərindən biri qeyri-yaşayış təyinatlı daşınmaz əmlakdır. Bu tip əmlaklar müxtəlif təyinatlı, fərqli funksiyalı coxsaylı növlərə ayrılır. Adi qarajdan tutmuş böyük biznes mərkəzlərə qədər müxtəlif təyinatlı daşınmaz əmlaklar qeyri-yaşayış təyinatlı daşınmaz əmlaklara aiddir. Bu mənada qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsində müxtəlif amillər nəzərə alınır ki, bunlar da fərqli yanaşmalar tələb edir. 

Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsində daha çox aşağıdakı əmlak növlərini rast gəlinir:

  • Ofislər
  • Ticarət obyektləri
  • Xidmət sahəsi üzrə obyektlər
  • İaşə obyektləri
  • Anbarlar
  • Qarajlar
  • İstixanalar
  • İstehsal binaları və s.

Qeyri-yaşayış təyinatlı obyektlərin qiymətləndirilməsi zamanı qiymətləndirici fərdi qaydada araşdırmaların aparılması ilə yanaşı, müvafiq analoqların qiymətləri barədə məlumatların əks olunduğu müxtəlif mənbələrin, o cümlədən rieltor firmalarının və bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin məlumatlarını nəzərə almaqla aşağıdakı məqamlara diqqət yetirir:

  • Obyektin tipi;
  • Obyektin istismara verildiyi il;
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional);
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti;
  • Yerləşdiyi mərtəbə (yaxud mərtəbəliliyi);
  • Ümumi sahə;
  • Eyvanların sayı və sahəsi;
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi;
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat);
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi);
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi,
  • Gediş-gəliş yolunun vəziyyəti;
  • Obyektin yaşayış məntəsində yerləşmə mövqeyi;
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.

 

FAYDALI LİNKLƏR