26 Aprel , 2024, 18:22
Ana səhifə Haqqımızda

“PROPERTY” MMC hüquqi şəxs olaraq, əsas fəaliyyət istiqaməti daşınmaz və daşınar əmlakın özəlləşdirilməsi, satılması, alınması, bölüşdürülməsi, icarəyə verilməsi, sığorta edilməsi, kredit götürmək məqsədilə girov qoyulması, vergiyə cəlb edilməsi, zərərin müəyyən edilməsi, habelə vərəsəlik və mübahisəli qiymətləndirmə halları zamanı qiymətləndirilmə işini həyata keçirməkdir. Həmçinin inventarizasiyası, fəaliyyətin genişləndirilməsi və investisiya cəlb edilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmaların hazırlanması işləri icra edir ki, bu zaman Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə təşkilatlarının peşəkar qiymətləndirmə qaydalarına, Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olan qiymətləndirmə metodlarından istifadə etməklə, əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olan obyektiv meyarlara əsaslanılır. 

Şirkətimiz eyni zamanda daşınmaz əmlaklar məsələləri ilə bağlı konsaltinq xidmətləri, daşınmaz əmlak üzrə texniki inventarlaşdırma işlərinin təşkili və aparılması, kadastr planlarının tərtib edilməsi, elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibi, çöl-tədqiqat işləri, ölçmələr, ərazi və obyektlər haqqında  məlumatların toplanması, emalı və hazırlanması sahəsində fəaliyyət göstərir. 

Altı ildir muvafiq sahədə fəaliyyət göstərən “PROPERTY” MMC peşəkar və sertifikatlaşmış mütəxəssislərdən ibarət kollektivə malikdir. Şirkətimiz Azərbaycan İpoteka Fondu ASC tərəfindən müvəkkil şirkət olaraq tanınır (http://www.amf.az/az/view/pages/18/qiymetlendiriciler).   

Həmçinin Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Qiymətləndirmə şirkətləri ilə bağlı reyestrinə daxildir. 

Şirkət özəl və dövlət sektoruna aid təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Tərəfdaşlarımız sırasında Nikoyl Bank, NBC Bank, Muğanbank, Rabitəbank, AGbank, "Bank Respublika", "İdeal" BOKT, "Kredix" BOKT, “ASCO Caspian Holdings S.A”-nın Azərbaycan Nümayəndəliyi”, “Kaspian Geofizikal” MMMM, "QlaksoSmitKlayn Export LTD” Azərbaycan Nümayəndəliyi və digər kommersiya qurumları ilə yanaşı, Məhkəmə orqanları, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları ilə əməkdaşlıq edir. 

“PROPERTY” MMC fəaliyyəti müddətində daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi, inventarizasiyası sahəsində bir sıra özəl və dövlət layihələrində, həmçinin fərdi sifarişlər əsasında çoxsaylı işlərə imza atıb. 

Şirkətimiz hər zaman hər bir fiziki və hüquqi şəxsə yüksək peşəkarlıqla operativ, dəqiq, sərfəli xidmət göstərməyə hazırdır və bu əməkdaşlıqdan məmnunluğunu bildirir. 

FAYDALI LİNKLƏR